Zelenski: Rusiyanın zərbələri nəticəsində Sumıda 4 nəfər ölüb, 30 a yaxın insan yaralanıb

03.06.2025

Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.

Rusiyanın Ukraynanın Sumı vilayətinə zərbələri nəticəsində 4 nəfər ölüb, onlarla insan yaralanıb.

"Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün teleqram kanalında yazıb.

"Rusiyanın zərbəsi nəticəsində yaralanan insanlara həkimlər bütün lazımi yardımı göstərirlər. Onlar (Rusiya silahlı qüvvələri-red) küçəni, adi yaşayış binalarını vurdular. Təəssüf ki, bu zərbə nəticəsində 4 nəfər həlak oldu. Ailələrinə başsağlığı verirəm. Üçü uşaq olmaqla, 30-a yaxın insan yaralanıb".

Zelenski bir daha Rusiyanın atəşkəs əhval-ruhiyyəsində olmadığını vurğulayıb və Qərb ölkələrini Rusiya əleyhinə sanksiyaları sərtləşdirməyə çağırıb.

“Bütün bunlar Rusiyaya qarşı yeni sanksiyalar, sərt sanksiyalar üçün arqumentlərdir”, – Ukrayna lideri qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью