Zelenski: ruslar Ukraynaya 40dan çox ballistik raket atıb

15.01.2025

Icma.az, Reyting.az portalına istinadən məlumatı açıqlayır.


Bu gün səhər saatlarında ruslar Ukraynaya növbəti zərbələri endirib. Ballistik raketlər də daxil olmaqla, 40-dan çox raket buraxıblar.
Reyting.az
xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski bildirib.
Prezident əlavə edib ki, Rusiya tərəfindən atılan azı 30 raket məhv edilib.
“Rusiyanın daha bir kütləvi zərbəsi. Qışın ortasıdır və ruslar üçün hədəf dəyişməzdir: bizim enerji sektorumuz. Hədəflər arasında qaz infrastrukturu və insanların normal həyatını təmin edən enerji obyektləri var”, - prezident bildirib.
Onun sözlərinə görə, bu zərbəyə ballistik raketlər də daxil olmaqla, 40-dan çox raket cəlb olunub və ən azı 30 raket məhv edilib.
Zelenski xatırladıb ki, rus ordusu gecə saatlarında da Ukraynaya 70-dən çox kamikadze dronla hücum edib.
E. KAMAL

Ana səhifəyə dön


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью