Zelenski sabah mühüm iclasa qatılacaq

17.12.2025

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Ukrayna Prezidenti Volodimir Zelenski Brüsseldə keçiriləcək Avropa Şurasının iclasında iştirak edəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Agentlik bildirir ki, Zelenski cümə axşamı günü Avropa İttifaqı liderlərinin Brüsseldə keçirilən toplantısına qatılacaq.

Qeyd edək ki, daha əvvəl 18 dekabr tarixində Aİ sammitində Ukraynaya dondurulmuş Rusiya aktivləri hesabına “təzminat krediti”nin ayrılması məsələsinin müzakirə ediləcəyi bildirilirdi. Lakin Macarıstanın baş naziri Viktor Orbanın sözlərinə görə, bu məsələ sammitin gündəliyinə daxil edilməyəcək.

Tahir Turan
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью