Zelenski sabah Türkiyədə olacaq

30.10.2026

Icma.az, Modern.az saytına istinadən bildirir.

Ukrayna Prezidenti Volodimir Zelenski oktyabrın 31-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvətilə Ankaraya səfər edəcək.

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran bildirib.

O, NSosial hesabında paylaşım edərək bildirib ki, İstanbulda keçiriləcək görüşlərdə Türkiyə ilə Ukrayna arasında ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün atıla biləcək addımlar müzakirə olunacaq.

Bundan başqa, görüşdə Rusiya-Ukrayna müharibəsi, Qara dənizdə təhlükəsizlik vəziyyəti, eləcə də regional və beynəlxalq proseslər ətrafında fikir mübadiləsi aparılacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью