Azvision portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Zelenski sosial şəbəkə hesablarında Ukraynanın ədalətli və davamlı sülhə ehtiyacı olduğunu bildirib.
"Sağ ol Amerika, dəstəyə görə təşəkkür edirəm, bu səfərə görə təşəkkür edirəm. Prezidentə, Konqresə və Amerika xalqına təşəkkür edirəm.
Ukraynanın ədalətli və davamlı sülhə ehtiyacı var və biz bunun üçün çalışırıq", - deyə Zelenski yazıb.
Ukrayna Prezidenti Ofisinin rəhbəri Andrey Yermak da ABŞ səfərindən danışıb. Yermak “Telegram”da yazıb: "Təhlükəsizlik sadəcə söz deyil.
Bu, həyatdır. İtkisiz, sevdiklərimiz üçün qorxusuz gələcəkdir. Həqiqi zəmanətlər olmadan müharibə qayıdacaq.
O, həmişə yeni zərbə üçün şans olan yerdə qayıdır". Yermak qeyd edib ki, Zelenski Ukrayna və ədalətli, davamlı sülhü müdafiə edən hər bir şə
Xatırladaq ki, fevralın 28-də Ukrayna Prezidenti Volodimir Zelenski Amerika Birləşmiş Ştatlarına səfərə gəlib.