Bakupost saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ukrayna prezidenti Vladimir Zelenski mümkün prezident seçkilərində “böyük fərqlə” uduzacaq.
Bakupost.az xəbər verir ki, bunu ABŞ Hökumətinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri, milyarder İlon Mask X sosial şəbəkəsində (keçmiş Twitter) bildirib.
"Zelenski böyük fərqlə uduzardı" deyə Mask vurğulayıb.
O qeyd edib ki, Ukraynada seçkilər keçirilməlidir.
Martın 6-da “Politico” ABŞ prezidenti Donald Trampın komandasının üzvlərinin Yuliya Timoşenko və Pyotr Poroşenkonun partiyasının əsas fiqurları ilə Ukraynada prezident seçkilərinin keçirilməsi imkanları ilə bağlı gizli danışıqlar apardığını yazıb.
Zaur,BakuPost