Zelenski Şimal axını ndan danışdı

23.08.2026

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Ukrayna "Şimal axını" qaz kəmərlərinin 2022-ci ildə partladılmasında iştirak etməyib."

Bakıvaxtı.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

Zelenski mətbuat konfransında "Şimal axını-2"nin partladılması ilə bağlı istintaqın davam etdiyini deyib.

"Ukraynanın bununla heç bir əlaqəsi yoxdur. Baş verənlərin təfərrüatları isə istintaqın predmetidir", - Zelenski bildirib.

O qeyd edib ki, Kiyev bu məsələ ilə bağlı Almaniya və digər tərəfdaşlarla yüksək səviyyədə əlaqə saxlayır və istintaqa kömək etməyə hazırdır.

Məlumata görə, "Şimal axını" partlayışları ilə bağlı Ukrayna vətəndaşları da saxlanılıb. Bununla belə, Ukrayna Baş Prokurorluğu kəmərlərin partladılmasında Ukraynanın iştirakının müəyyən edilmədiyini açıqlayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью