Zelenski sözünə əməl edir, amma... Kiyevin yeni planı

15.12.2025

GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Ötən həftə Ukrayna Prezidenti Volodimir Zelenskinin ofisi hərbi vəziyyət dövründə seçkilərin keçirilməsi ehtimalı ilə bağlı iclas keçirib”.

Globalinfo.az xəbər verir ki, bu barədə “RBC-Ukraine” mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, burada qanun layihəsinin hazırlanması barədə sərəncam verilib:

“İclas sadəcə ABŞ Prezidenti Donald Trampın iddialarına cavab olaraq, Zelenskinin belə bir ssenariyə hazır olduğunu nümayiş etdirib”.

Jurnalistlər vurğulayıblar ki, əslində Zelenski administrasiyasının bu təşəbbüsü həyata keçirmək planı yoxdur.

Lakin qeyd olunur ki, görüş zamanı çoxgünlük səsvermənin və prosedurun erkən prezident seçkilərində olduğu kimi 60 günə qədər qısa müddətdə keçirilməsinin mümkünlüyü müzakirə olunub.

Xatırladaq ki, 9 dekabrda Zelenski Ukraynada 60-90 gün ərzində prezident seçkiləri keçirməyə hazır olduğunu  bəyan edib.

Əliyar Xəlil
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью