Zelenski sülh danışıqlarına hazır olduğu barədə siqnal göndərir The Wall Street Journal | …
Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Rusiyalı məmurların isə danışıqlar prosesinə marağı azdır, onlar Rusiyanın bu müharibədə qalib gəldiyini bəyan edir..." Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ilə müharibədə öz mövqeyini yumşaltmağa başlayıb və işğal edilmiş ərazilər uğrunda mübarizəni NATO üzlüyü müqabilində dayandıra biləcəyinə eyham vurur.
Moderator.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri yazıb.
Ötən həftə bir sıra müsahibələrində Zelenski müharibənin dayandırılmasına hazır olduğunu bəyan edib.
Əvvəllər o, Moskvanın nəzarətində olan təxminən 20 faiz ərazilər geri qaytarılmayınca Ukraynanın mübarizəni davam etdirəcəyinə təkid edib.
İndi isə prezident Ukraynanın qalan hissəsinin NATO tərəfindən müdafiə ediləcəyi təqdirdə atəşkəsi istisna etmir.
Lakin burada iki ciddi maneə var, bunlar Ukraynanın yaxın zamanlarda Alyansa qoşulmağının az ehtimal edilməsi və Rusiyanın danışıqlara marağının olmamasıdır.
"Dondurulmuş münaqişə Ukrayna üçün risklidir" Bazar günü mətbuat konfransında Zelenski vurğulayıb ki, istənilən danışıqlar güc mövqeyindən mümkün ola bilər.
Tam oxu
Xəbəri oxu