Zelenski sülh istəyir Tramp

09.12.2024

Icma.az, Operativ MM portalına istinadən məlumat verir.

Ukrayna prezidenti Vladimir Zelenski sülhə hazırdır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp “New York Post” qəzetinə müsahibəsində deyib.

“O, barışmaq istəyir. O, atəşkəs istəyir. Detalları müzakirə etmədik. O düşünür ki, bunun vaxtıdır”, - Tramp əlavə edib.

Tramp bildirib ki, o, bu müharibəni bitirmək üçün bir konsepsiya hazırlayır.

Xatırladaq ki, Tramp seçki kampaniyası zamanı dəfələrlə bəyan edib ki, vəzifəyə gəldikdən sonra 24 saat ərzində Rusiya-Ukrayna münaqişəsinə son qoyacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью