Zelenski: sülh planı 90% razılaşdırılıb

29.12.2025

Icma.az bildirir, Modern.az portalına istinadən.

Ukrayna Prezidenti Volodimir Zelenski 20 maddəlik sülh planının artıq 90% razılaşdırıldığını bildirib.
Modern.az xəbər verir ki, Zelenski ABŞ-ın təhlükəsizlik zəmanətlərinin 100% təşkil etdiyini söyləyib.

Dövlət başçısı mətbuat konfransında bildirib ki, "20 maddəlik plan 90%, ABŞ-ın təhlükəsizlik zəmanətləri 100%, ABŞ və Avropanın zəmanətləri 90%, hərbi ölçü 100% razılaşdırılıb və rifah planı yekunlaşdırılır".

Bu arada, ABŞ Prezidenti Donald Tramp da razılaşmanın ümumilikdə 95%-nin yekunlaşdırıldığını təsdiqləyib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью