Zelenski: Sülhə nail olmaq üçün ABŞ, Aİ və Avropa ölkələri arasında birliyə ehtiyac var

19.12.2024

Icma.az bildirir, Apa.az portalına istinadən.


Sülhə nail olmaq üçün ABŞ, Aİ və Avropa ölkələri arasında birliyə çox ehtiyacımız var.
APA xəbər verir ki, bunu Brüsseldə Ukrayna Prezidenti Vladimir Zelenski jurnalistlərin suallarını cavablandırarkən deyib.
“Xüsusilə gələn ilin əvvəlindən ABŞ, Aİ və Avropa ölkələri arasında birliyə çox ehtiyacımız var. Bizə sülhə nail olmaq üçün bu birlik lazımdır. Düşünürəm ki, yalnız ABŞ və Avropa birlikdə Putini dayandıra və Ukraynanı xilas edə bilər”- deyə Zelenski bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью