Zelenski sülhə razılaşdı: Nə vaxt və harada?

24.07.2026

Bakupost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


Rusiya ilə sülh sazişini Ağ Evin Oval kabinetində və ya Donald Trampın Mar-a-Laqo iqamətgahında imzalamağa tam hazıram.

"Bakupost" xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı jurnalist Laura Lumerə verdiyi müsahibəsində deyib.

Ukrayna lideri qeyd edib ki, diplomatik prosesin aparılacağı məkan və yekun razılaşmanın vaxtı birbaşa ABŞ Prezidenti Donald Trampın mövqeyindən asılıdır.

"Sülh sazişi üçün əsas məsələnin sənədin harada imzalanması deyil, məhz nə vaxt imzalanacağıdır. İnsanları itirərək daha 10-20 il müharibə etməkdənsə, tezliklə atəşkəsə nail olmaq daha yaxşı variantdır".

Asena,

BakuPost


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью