Zelenski sülhü müzakirə etməkdən imtina etdiyi müddətdə Ağ Evə qayıtmayacaq

04.03.2025

Xalqcebhesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Vladimir Zelenski Ukrayna üzrə sülh sazişinin təfərrüatlarını müzakirə etməkdən imtina etdiyi müddətdə Ağ Evə qayıda bilməyəcək.

Bu barədə ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens Fox News-a müsahibəsində bildirib.

"Siz sülh sazişinin təfərrüatlarını müzakirə etməkdən imtina edərək Oval kabinetə və ya başqa yerə qayıda bilməyəcəksiniz”, - deyə RİA Novosti siyasətçidən sitat gətirir.

Vens həmçinin qeyd edib ki, Zelenski ABŞ prezidenti Donald Trampla mübahisə edərək sülh prosesində iştirak etməkdən açıq-aydın istəksizliyini nümayiş etdirib.

Vens həmçinin etiraf edib ki, Ukrayna üzrə sülh sazişi “heç kəsi xoşbəxt etməyəcək” və hər bir tərəf “nədənsə imtina etməli” olacaq.

Cavid

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью