Zelenski Sumaya yeni rəhbər təyin edib

18.04.2025

Icma.az, Reyting.az portalına istinadən məlumat verir.


Ukrayna prezidenti Vladimir Zelenski Oleq Qriqorovu Suma vilayət hərbi idarəsinin rəhbəri təyin edib.
Reyting.az
xəbər verir ki, bu barədə məlumat Zelenskinin ofisinin saytında yer alıb.
Məlumata görə, polis generalı Qriqorov əvvəllər milli polisdə “müxtəlif regionlarda” rəhbər vəzifələrdə çalışıb.
Qeyd edək ki, aprelin 13-də Suma şəhəri “İskəndər-M” raketləri ilə vurulub. Rusiya Müdafiə Nazirliyi raket hücumunun Ukrayna Silahlı Qüvvələrinin komanda heyətinin toplantısının keçirildiyi yerə endirildiyini bildirib. Ukrayna tərəfi zərbənin mülki itkilərlə nəticələndiyini açıqlayıb. Rəsmi məlumata əsasən, hücum nəticəsində 34 nəfər həyatını itirib, onlardan ikisi uşaqdır. Ən azı 119 nəfər yaralanıb. Yaralılar arasında 15 azyaşlı var.
E. KAMAL
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью