Zelenski Suriya ilə bağlı iclas keçirdi

02.01.2025

Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.

Ukrayna Prezidenti Volodimir Zelenski Suriya ilə bağlı iclas keçirib.

Avtosfer.az xəbər verir ki, bu barədə məlumatı Zelenski öz teleqram kanalında açıqlayıb.

Bildirilib ki, o bu yaxınlarda Suriyanın paytaxtı Dəməşqə səfər edən ölkənin xarici işlər naziri Andrey Sibiqa və aqrar siyasət naziri Vitaliy Kovalın hesabatlarını dinləyib. Tərəflər, həmçinin Dəməşqdəki danışıqların nəticələrini müzakirə ediblər. 

Zelenskinin sözlərinə görə, Ukrayna Bəşər Əsəd rejiminin devrilməsindən sonra Suriyada vəziyyətin sabitləşməsinə kömək edəcək. O əlavə edib ki, Suriyaya Ukrayna taxılı göndəriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью