Zelenski tarixləri açıqladı: Fevralın 4 və 5 də...

01.02.2026

Icma.az bildirir, Milli.az portalına istinadən.

Rusiya-Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı növbəti üçtərəfli danışıqlar fevralın 4 və 5-də Əbu-Dabidə baş tutacaq.

APA xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski özünün Telegram kanalında məlumat verib.

O bildirib ki, Ukraynanın danışıqlar qrupunun hesabatını dinləyib. "Ukrayna məzmunlu və konkret dialoqa hazırdır və biz nəticənin müharibənin real və ləyaqətli şəkildə başa çatmasına yaxınlaşdırmasında maraqlıyıq", - deyə dövlət başçısı əlavə edib.

Qeyd olunur ki, əvvəlki raund üçtərəfli formatda yanvarın 23-24-də keçirilib. Bununla yanaşı, fevralın 1-də Rusiya və Ukrayna nümayəndə heyətləri ABŞ tərəfi olmadan Əbu-Dabidə danışıqlar aparacaqlar.

ABŞ-ın dövlət katibi Marko Rubio isə öz növbəsində ABŞ-ın Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək yeni görüşdə iştirak ehtimalını istisna etməyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью