Zelenski: “Təcavüzkara təzyiq edilməsi diplomatiyanı yaxınlaşdırır”

08.08.2026

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ Senatının Rusiyaya və İrana qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsini qəbul etməsinə münasibət bildirib.

Bizimyol.info xəbər verir ki, Zelenski “Telegram” kanalında Ukraynaya dəstəyə görə ABŞ Senatına və qanun layihəsini dəstəkləyən hər kəsə təşəkkür edib.

O bildirib ki, Rusiyaya qarşı təzyiqlərin gücləndirilməsi Ukraynadakı müharibənin başa çatmasına kömək edə bilər. “ABŞ-ın Rusiyaya qarşı real və güclü təzyiqi, eləcə də sanksiyalar müharibənin sona çatması üçün danışıqların başlamasına ən çox kömək edə biləcək amillərdir. Təcavüzkara qarşı hər bir təzyiq addımı diplomatiyanı daha da yaxınlaşdırır”, – deyə Zelenski vurğulayıb.

Ukrayna lideri ABŞ-ın hər iki siyasi partiyasının və Amerika xalqının göstərdiyi dəstəyi yüksək qiymətləndirdiyini də qeyd edib.

Zelenski, həmçinin Rusiyanın ballistik raketlərdən istifadə etməklə müharibəni uzatmağa çalışdığını bildirib və Ukraynanın hava hücumundan müdafiəsi üçün “Patriot” raketlərinə ehtiyac duyduğunu vurğulayıb.

Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью