Zelenski TƏCİLİ naziri Vaşinqtona göndərdi

19.11.2024

Tribuna portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Noyabrın 19-da Ukrayna xarici işlər naziri Andrey Sibiqa Vladimir Zelenskinin tapşırığı ilə Dövlət Departamenti və Konqresdə mühüm görüşlər keçirmək üçün Vaşinqtona səfər edib.

Tribunainfo.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, bir gün əvvəl BBC-nin Ukrayna xidməti öz mənbələrinə istinadən Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermakın Donald Trampın nümayəndələri ilə danışıqlar aparmaq üçün yaxın vaxtlarda ABŞ-a səfər etmək niyyətində olduğu barədə məlumat vermişdi. Kiyevin Trampın çevrəsindən olan insanlarla əlaqə saxlamaq üçün başqa imkanlar da axtardığı bildirilmişdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью