Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Macarıstanın Aİ-də sədrliyinin sonunda sülhə nail olmaq üçün yenidən səylər göstərdik”.
Turkustan.az xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban sosial şəbəkə hesabında yazıb.
“Biz Milad bayramında atəşkəs və genişmiqyaslı məhbus mübadiləsi təklif etdik.
Prezident Zelenskinin bu gün bunu açıq şəkildə rədd etməsi və istisna etməsi təəssüf doğurur. Biz əlimizdən gələni etdik”, – Orban yazıb.
Qeyd edək ki, Orban bu postu Zelenskinin Macarıstanın Baş naziri ilə Rusiya Prezidenti Vladimir Putin arasında növbəti telefon danışıqlarını tənqid etdiyi yazısına cavab olaraq dərc edib.
“Ümid edirik ki, Viktor Orban heç olmasa Bəşər Əsədə Moskvada telefonla zəng edərək onun da bir saatlıq mühazirələrini dinləməyəcək”, - Zelenski yazıb.
Xatırladaq ki, 2024-cü ilin iyulunda Viktor Orban sülhməramlı missiya elan edərək Kiyev və Moskvaya səfər edib.