Zelenski: “Təminatlar lazımdır”

08.12.2025

Azvision portalından verilən məlumata əsasən, Icma.az bildirir.

AzVision.az xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski “Bloomberg” agentliyinə müsahibəsində belə deyib.
“ABŞ-nin, Rusiyanın və Ukraynanın baxışları var və bizim Donbasla bağlı vahid fikrimiz yoxdur”, - Zelenski bildirib.
Onun sözlərinə görə, Donetsk və Luqansk vilayətləri üzrə danışıqlar hələ razılaşma ilə nəticələnməyib. Eyni zamanda, Urayna Qərb tərəfdaşlarından, xüsusən də ABŞ-dən təhlükəsizlik zəmanətləri ilə bağlı ayrıca razılaşmada israrlıdır.
- Bu məsələlər, şərq rayonlarına nəzarət kimi, “həssasdır” və əlavə müzakirə tələb edir. Mənim və bütün ukraynalıların cavabını istədiyim bir sual var: Rusiya yenidən müharibəyə başlasa, tərəfdaşlarımız nə edəcək?”, - Ukrayna lideri sual edib.
Xatırladaq ki, bir gün əvvəl ABŞ prezidenti Donald Tramp Zelenskinin Amerika planı ilə tanış olmadığını söyləyərək, ukraynalı həmkarının onu bir qədər məyus etdiyini vurğulayıb.
Sahil İsgəndərov
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью