Zelenski: Tərəfdaşlarımız Ukraynada seçkilər haqqında bu qədər çox danışırlarsa, cavab verməliyik

11.12.2025

Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

Ukrayna Prezidenti Volodimir Zelenski Ali Radanın nümayəndələri ilə ölkədə seçkilərlə bağlı müzakirə aparıb.
APA xəbər verir ki, bu barədə Unian məlumat yayıb.

Zelenski bildirib ki, Ukraynaya qarşı “heç bir siyasi manipulyasiyanın” baş verməsinə imkan verməyəcək:

“Əgər tərəfdaşlarımız, o cümlədən Vaşinqtondakı əsas tərəfdaşımız Ukraynada seçkilər barədə bu qədər çox və konkret danışırlarsa, biz hər suala və hər bir şübhəyə Ukraynanın qanuni cavablarını verməliyik. Bu, çətin məsələdir, lakin bu mövzuda təzyiqə ehtiyac yoxdur”.

Prezident əlavə edib ki, bu məsələyə dair təklifləri Ukrayna deputatlarından gözləyir.

“Ölkənin təhlükəsizlik çağırışları tərəfdaşlardan, hər şeydən əvvəl ABŞ-dan asılıdır. Siyasi və hüquqi çağırışlara isə cavabı Ukraynanın özü verməlidir. Bu cavablar olacaq”, - Zelenski vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью