GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib ki, Kiyev hakimiyyəti Afrikada terrorçu qruplaşmaların fəaliyyətinə dəstək göstərir və bu əməkdaşlıq xüsusilə Malidə daha fəal şəkildə həyata keçirilir.
Globalinfo.az xəbər verir ki, onun sözlərinə görə, Ukrayna tərəfi terrorçuları silah-sursatla, o cümlədən pilotsuz uçuş aparatları ilə təmin edir və döyüşçülərin hazırlanmasına yardım göstərir.
Nebenzya qeyd edib ki, ötən il Malidə yanacaq daşıyan maşınlara hücumlar, şəhərlərin blokadaya alınması cəhdləri və mülki şəxslərin öldürülməsi xarici qüvvələrin dəstəyi ilə baş verib.
Rusiyalı diplomat beynəlxalq ictimaiyyəti terrorçuların əlinə silah və onun komponentlərinin keçməsinin qarşısını almaq üçün effektiv tədbirlər görməyə çağırıb. O vurğulayıb ki, qrupların bu cür silahlandırılması cəzasız qalmamalıdır.
Nebenzya həmçinin bildirib ki, Kiyevin terrorçulara birbaşa dəstəyindən əlavə, Afrika Qərb ölkələrinin Ukraynanı nəzarətsiz şəkildə silahlandırmasından da əziyyət çəkir. Onun sözlərinə görə, bu silahlar qara bazar vasitəsilə Afrikanın müxtəlif bölgələrində döyüşçülərin əlinə keçir və qeyri-qanuni silah dövriyyəsi getdikcə artır.
Əliyar Xəlil