Zelenski təsdiqlədi: Rusiya gəmisi vuruldu!

24.11.2026

Icma.az, Axar.az portalına istinadən məlumat yayır.

Ukrayna Prezidenti Vladimir Zelenski Fin körfəzində Rusiya gəmisinə hücum edildiyini təsdiqləyib.

Axar.az xəbər verir ki, Zelenski “Blumberq”ə müsahibəsində hücumun Avropa tərəfdaşları arasında fərqli reaksiyalara səbəb olduğunu bildirib.

“Bəzi Avropa tərəfdaşları Baltik dənizində hər hansı hadisə baş verəndə narahatlıq keçirirlər”, – deyə o qeyd edib.

Zelenski əlavə edib ki, nazirlərə və hərbçilərə tərəfdaşlarla daha sıx əlaqə saxlamağı tapşırıb:

“Onlarla daha çox qarşılıqlı əlaqədə olmağı tapşırmışam ki, kifayət qədər təfərrüata malik olsunlar və heç bir gözlənilməz vəziyyət yaranmasın”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью