Zelenski təxirə salmışdı, bu gün Davosa getdi

22.01.2026

Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ Prezidenti Donald Trampla görüşmək üçün Davosa gedib.

Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidentinin mətbuat katibi Sergey Nikiforov deyib.

“Ukrayna prezidenti Dünya İqtisadi Forumunda iştirak etmək və Prezident Trampla görüşmək üçün İsveçrəyə səfər edib”, - Nikiforov bildirib.

Onun sözlərinə görə, görüşün Kiyev vaxtı ilə saat 14:00-da (Bakı vaxtı ilə 16:00) keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski paytaxt Rusiyanın kütləvi hücumuna görə Kiyevin elektrik və su təchizatında yaranan problem səbəbindən 20 yanvar tarixində Davosa səfərini təxirə salmışdı.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью