Icma.az, Publika.az saytına istinadən bildirir.
Ukrayna prezidenti Vladimir Zelenski NATO-ya üzvlük müqabilində itirilmiş ölkə ərazilərini qaytarmadan münaqişəyə son qoymağı təklif edib.
Publika.az xəbər verir ki, o, bu barədə Sky TV-yə müsahibəsində deyib.
“Müharibənin qaynar fazasını dayandırmaq istəyiriksə, nəzarətimiz altında olan Ukrayna ərazisini NATO-nun himayəsi altına almalıyıq”, - deyə Zelenski bildirib.
Onun sözlərinə görə, Ukraynanın NATO-ya daxil olması Rusiya ilə ərazilərin “diplomatik yolla” qaytarılması ilə bağlı razılığa gəlməyə kömək edəcək.
Adəm Abbaslı