Zelenski Tramp ilə ABŞ da görüşməyi ümid edir

26.02.2025

Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

Ukrayna Prezidenti Volodimir Zelenski cümə günü ABŞ Prezidenti Donald Tramp ilə ABŞ-da görüşməyi ümid etdiyini deyib.

APA AFP-yə istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Kiyevdə jurnalistlərə açıqlamasında bildirib.

Zelenski qeyd edib ki, cümə günü Vaşinqtona səfər etməyi, orada ABŞ Prezidenti Donald Tramp ilə təbii sərvətlər müqaviləsi və gələcək yardımlar mövzusunda müzakirə aparmağı ümid edir.

Zelenski Vaşinqtona səfərin tarixinin 28 fevral olduğunu bildirib. O qeyd edib ki, Trampdan Ukraynaya gələcək ABŞ yardımlarını dayandırıb-dayandırmayacağını soruşmağı planlaşdırır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью