“Zelenski Tramp planının əksər müddəaları ilə razılaşıb” Britaniyanın Baş naziri

25.11.2025

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Ukrayna prezidenti Volodimir Zelenski Tramp administrasiyasının münaqişənin həlli planının əksər müddəalarını qəbul edib”.

525.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Kir Starmer “İstəklər koalisiyası”nın iderləri ilə videodanışıq zamanı bildirib.

"Düşünürəm ki, biz müsbət istiqamətdə irəliləyirik. Volodimir Zelenskinin mənimlə söhbətində dediyi kimi, mətnin böyük hissəsi qəbul oluna bilər", - Baş naziri deyib.

Daha əvvəl adı açıqlanmayan Amerika rəsmisi xarici KİV-ə Ukraynanın ABŞ ilə sülh planının şərtləri barədə razılığa gəldiyini bildirib.

Pərvanə Sultanova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью