Zelenski: Tramp Ukraynadakı müharibəni dayndıra bilər

23.01.2026

Icma.az, Reyting.az portalına istinadən məlumat verir.

“ABŞ prezidenti Donald Tramp Ukraynadakı müharibəyə son qoya bilər, çünki o, Rusiya prezidenti Vladimir Putinlə bərabər səviyyədə danışıqlar aparır”.

Reyting.az xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski Davosda jurnalistlərə bildirib.

"Müharibəni davam etdirib-etdirməmək onların qərarıdır. Amma biz bu müharibəni dayandırmaq istəyirik. Buna görə də düşünürəm ki, ABŞ prezidenti Tramp bunu edə bilər, çünki o, Putinlə bərabər səviyyədə dialoq aparır", - deyə Ukrayna prezidenti əlavə edib.

Zelenski deyib ki, Ukrayna müharibəsinin təcrübəsi sayəsində ABŞ ordusu Rusiya ordusundan daha güclüdür.

Ukrayna lideri vurğulayıb ki, Rusiya prezidentinin hazırkı vəziyyətində müharibəni bitirmək istədiyinə əmin deyil. Xüsusilə də itkilərlə və müharibənin əvvəlində əldə etmək istədiyi məqsədlər olmadan.

E. KAMAL


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью