Zelenski Tramp və Makronla görüşün təfərrüatlarını açıqlayıb | Icma.az
Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Prezident Vladimir Zelenski ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp və Fransa prezidenti Emmanuel Makronla görüşün ilk təfərrüatlarını açıqlayıb.
Bizimyol.info xəbər verir ki, bu barədə prezident "X" şəbəkəsində məlumat verib.
Zelenskinin qeyd edib ki, onun prezident Tramp və prezident Makronla yaxşı və məhsuldar görüşü olub.
"Prezident Tramp həmişəki kimi qərarlıdır. Bunun üçün təşəkkür edirəm", - deyə Zelenski vurğulayıb.
Ukrayna prezidenti bu görüşü Parisdə təşkil etdiyinə görə də Makrona təşəkkür edib.
"Biz xalqımız, döyüş meydanındakı vəziyyət və Ukrayna üçün ədalətli dünya haqqında danışdıq.
Biz hamımız bu müharibəni mümkün qədər tez və ədalətli şəkildə bitirmək istəyirik", - deyə Zelenski bildirib.
Tam oxu
Xəbəri oxu