Zelenski Trampa inanır? KONKRET

16.11.2024

Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Donald Tramp ABŞ prezidenti olarsa, Ukraynadakı münaqişə daha tez həll oluna bilər”.

KONKRET.az xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski deyib:

“Ağ Evə rəhbərlik edəcək bu komandanın siyasəti ilə müharibə daha tez bitəcək. Bu, onların yanaşması, cəmiyyətə verdikləri vədlərdir və bu, onlar üçün də çox önəmlidir”. Zelenski daha sonra qeyd edib ki, münaqişənin bitməsi ilə bağlı dəqiq tarix bəlli deyil. Ukrayna lideri həmçinin əlavə edib ki, Tramp administrasiyası Kiyevin mövqeyini eşidib və heç bir şərh verməyib.

Vəli Həsənoğlu,

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью