Zelenski Trampa məktub göndərərək üzr İSTƏDİ

10.03.2025

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ukrayna Prezidenti Volodimir Zelenski fevralın 28-də Ağ Evdə baş verən gərgin mübahisədən sonra amerikalı həmkarı Donald Trampdan üzr istəyib.

Redaktor.az xəbər verir ki, bunu respublikaçıların xüsusi elçisi Stiv Uitkoff “Fox News” telekanalında bildirib.

“Zelenski prezidentə məktub göndərib. O, Oval kabinetdə baş verən hadisəyə görə üzr istəyib. Düşünürəm ki, bu, mühüm addımdır və komandalarımızla ukraynalılar və avropalılar arasında da bu məsələ ilə bağlı çoxlu müzakirələr aparılıb”, - o qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью