Zelenski Trampdan nəyi xahiş edib?

22.01.2025

Icma.az, Unikal.az saytına istinadən bildirir.

Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidenti Donald Trampdan ölkəyə Amerika sülhməramlı qüvvələrini yerləşdirməyi xahiş edib.

"Unikal" xəbər verir ki, o bunu Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində "Bloomberg TV"yə müsahibəsində deyib.

“Bu, Birləşmiş Ştatlar olmadan baş verə bilməz. Bəzi avropalı dostlar bunun ola biləcəyini düşünsələr də, ABŞ olmadan heç kim buna risk etməyəcək".

Zelenskinin sözlərinə görə, Avropanın Rusiya üçün “çəkindirici” olmaq üçün kifayət qədər hərbi gücü yoxdur. O, həmçinin deyib ki, Tramp “Putini sülhə sövq edə bilər”.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью