Zelenski Trampdan qorxduğu üçün bu addımı atdı

26.01.2026

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiya və ABŞ ilə Əbu-Dabidə üçtərəfli danışıqlara razılıq verməsi onun ABŞ Prezidenti Donald Trampla münasibətləri gərginləşdirmək istəməməsi ilə izah olunur.

Globalinfo.az xəbər verir ki, bu fikiri Britaniyanın Financial Times (FT) qəzetinin siyasi icmalçısı Gideon Rahman səsləndirib.

Məqalədə bildirilir ki, Zelenskinin razılığı Trampı qıcıqlandırmamaq istəyindən qaynaqlanır. Rahmanın fikrincə, bu addım Ukrayna tərəfinin müharibədən getdikcə daha çox yorulmasını da əks etdirir. O vurğulayıb ki, Kiyev hazırda güclü təzyiq altındadır.

Əliyar Xəlil

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью