Zelenski Trampdan yardım istəyəcək SƏBƏB

28.07.2026

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

Ukrayna Prezidenti Volodimir Zelenski ilə ABŞ Prezidenti Donald Tramp arasında keçiriləcək görüşdə “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raketlərin istehsalı məsələsi müzakirə olunacaq.

Redaktor.az xəbər verir ki,  "Reuters" bu haqda Ukrayna nümayəndə heyətindəki mənbəyə istinadla məlumat yayıb.

Məlumata görə, Ukrayna nümayəndə heyətindəki mənbə bildirib ki, Kiyev “Patriot” raketlərinin alınmasına icazə verilməsini ABŞ-dən istəyir.

Mənbə qeyd edib ki, Ukrayna hər gün hücumlara məruz qaldığı üçün bu məsələ ölkə üçün əsas prioritetlərdən biridir.

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью