Zelenski Trampı danışıqlardan kənarlaşdırır

02.05.2026

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Zelenski ABŞ-nin köməyi olmadan Rusiya ilə danışıqlar aparmaq strategiyası üzərində işləyir. 

“Cebheinfo.az” xəbər verir ki, “Politico” nəşri bu barədə məlumat yayıb.

Qeyd edilir ki, son bir ildə prezident Donald Trampdan səylə dəstək axtaran Zelenski müharibəyə son qoymaq üçün ABŞ-ni Rusiya ilə danışıqlarda iştirak etməyə inandırmaq cəhdlərini dayandırmış kimi görünür.

İndi Ukrayna Prezidenti, çox güman ki, Vaşinqtonun köməyi olmadan danışıqlar aparmaq strategiyası üzərində işləyir.

“Politico”nun yazdığına görə, Ukrayna lideri ABŞ-ın gələcək müdaxiləsinə daha ehtiyatlı yanaşır və indi Türkiyənin Rusiya ilə növbəti danışıqlar raundunu keçirəcəyinə ümid edir.

Müşfiq Abdulla 
 “Cebheinfo.az”

 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью