Zelenski Trampı qələbəsi münasibətilə təbrik edib

06.11.2024

Missiya.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Donald Trampı ABŞ-də keçirilən prezident seçkilərində qələbə qazanması münasibətilə təbrik edirəm”.

Missiya.Az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski özünün “X” hesabında yazıb.

Zelenskinin sözlərinə görə, Kiyev Trampın həlledici rəhbərliyi altında güclü ABŞ dövrünü səbirsizliklə gözləyir.

“Mən prezident Trampı şəxsən təbrik etmək və Ukraynanın ABŞ ilə strateji tərəfdaşlığını gücləndirmək yollarını müzakirə etmək fürsətini səbirsizliklə gözləyirəm ”, - deyə siyasətçi vurğulayıb.

Daşqın Həsənov
Missiya.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью