Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.
ABŞ Prezidenti Donald Trampın Ukrayna Prezidenti Volodimir Zelenskiyə qəzəbli olduğu bildirilir.
"Cebheinfo.az"-ın “Axios” nəşrinə istinadən məlumatına görə, Tramp Ukraynanın Rusiyanın neft emalı zavodlarına hücumları dayandırmasını gözləyir.
“Cebheinfo.az” xarici mediaya istinadən xəbər verir ki, nəşrin mənbələrindən biri Trampın mövqeyini belə ifadə edib: “Tramp həqiqətən qəzəblidir”.
Mənbə bildirib ki, ABŞ Prezidenti Zelenskinin Vaşinqtonun dəstəyini adi hal kimi qəbul etdiyini düşünür.
Məqalədə qeyd olunur ki, oktyabrın 9-da ABŞ və Rusiya arasında dizel yanacağı ilə bağlı sanksiyaların aradan qaldırılmasına dair razılaşmadan sonra Tramp diqqətini Ukraynanın Rusiyanın neft emalı zavodlarına hücumlarının dayandırılmasına yönəldib. Ağ Ev rəhbəri hesab edir ki, bu hücumlar ABŞ-də yanacağın qiymətinin artmasına səbəb olur.
Daha əvvəl Tramp Zelenskini ABŞ və dünya üçün problemlər yaratmağa çalışmaqda ittiham edib. O, jurnalistlərə açıqlamasında ukraynalıları yeni lider seçməyə də çağırıb.
Rusiya Prezidenti Vladimir Putin isə dəfələrlə bəyan edib ki, Zelenskinin legitimliyini şübhə altına aldığı üçün onun münaqişənin həlli ilə bağlı razılaşma imzalamaq hüququ yoxdur. Bununla yanaşı, Putin Kiyevlə dialoqa hazır olduğunu vurğulayıb.
Aişə
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin