Zelenski Trampı “seçkidə təsirli qələbəsi” münasibətilə təbrik edib

06.11.2024

Gununsesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ukrayna prezidenti Volodimir Zelenski Trampı “seçkidə təsirli qələbəsi” münasibətilə təbrik edib.

Gununsesi.info  xəbər verir ki, o, “X” hesabında Trampla sentyabrda görüşünü xatırladıb.

Zelenski Trampla Ukrayna-ABŞ strateji tərəfdaşlığını, Qələbə planını, Rusiyanın Ukraynaya qarşı təcavüzünə son qoymaq yollarını detallı müzakirə etdiklərini yazıb.

“Prezident Trampın qlobal məsələlərdə güc yoluyla sülhə sadiqliyini dəyərləndirirəm. Biz Ukraynada sülhü məhz bu prinsiplə yaxınlaşdıra bilərik. Ümidvaram ki, bunu birlikdə həyata keçirəcəyik”, – Zelenski deyib.

Gununsesi.info 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью