GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“ABŞ Prezidenti Donald Tramp Ukrayna-Rusiya sülh müqaviləsi çərçivəsində bütün sənədlərin eyni vaxtda imzalanması ilə böyük bir mərasim keçirmək istəyir”.
Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
“Bu, Ukrayna ilə Rusiya, həmçinin Kiyevlə ABŞ və Avropa arasında təhlükəsizlik zəmanətlərinin verilməsi ilə bağlı ayrıca müqavilələri əhatə edir”, – deyə o bildirib.
Zelenski təhlükəsizlik zəmanətlərinin əvvəlcə ABŞ Konqresi tərəfindən razılaşdırılmalı və təsdiqlənməli olduğunu, daha sonra isə qalan sənədlərin hazırlana biləcəyini əlavə edib.
Əliyar Xəlil
Globalinfo.az