Zelenski Trampın Putinə verdiyi son tarixlə bağlı məsələyə yaxın günlərdə aydınlıq gətirəcək

03.09.2025

Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, o, ABŞ Prezidenti Donald Trampın Rusiya Prezidenti Vladimir Putinə verdiyi son tarixi dəqiqləşdirəcək.

APA xəbər verir ki, Ukrayna Prezidenti bu bəyanatı bu gün mətbuat konfransında verib.

“Bir neçə həftəyə cavab verəcəyini dedi... Bir neçə həftə — bu iki və ya üç həftə ola bilər. Bu gün və ya yaxın günlərdə ABŞ Prezidenti ilə danışacağıq və bu məsələni də dəqiqləşdirəcəyik”, – deyə Ukrayna Prezidenti bildirib.

Ərazilərin dəyişdirilməsi məsələsinə toxunan Zelenski “Biz Putinə heç nə bağışlamayacağıq – əgər o daha da irəliləmək istəsə, milyonlarla əsgər itirməli olacaq”, - deyə vurğulayıb.

Zelenski qeyd edib ki, sentyabrın 4-də Trampla Rusiyaya qarşı sanksiyaları müzakirə etməyi planlaşdırır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью