Zelenski Trampın sülh planını rədd edib

19.11.2025

Azpost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ prezidenti Trampın xüsusi nümayəndəsi Vitkov Ukrayna prezidenti Zelenski ilə Türkiyədə nəzərdə tutulmuş görüşünü təxirə salıb.

AzPost bildirir ki, bu barədə “Axios” nəşri ABŞ rəsmisinə istinadən xəbər verir.

Ukrayna prezidentinin ABŞ-ın müharibəni bitirmək planını müzakirə etməkdə maraqlı olmadığı məlum olub.

Mənbə bildirib ki, Zelenski Ankaraya avropalı tərəfdaşlarla birgə hazırlanmış fərqli bir planla gəlib. Mənbənin sözlərinə görə, Rusiya heç vaxt bunu qəbul etməyəcək.

Zelenski həmçinin daha geniş formatda – Aİ nümayəndələri ilə müzakirələr aparmaq istəyib.

AzPost.az

Paylaş

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью