Icma.az bildirir, Azpost portalına istinadən. Londonda baş tutacaq Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə sülh danışıqlarının səviyyəsi cid
İclasda hətta diplomatlar deyil, yalnız ekspertlər iştirak edəcək. Nə baş verdi?
Ukrayna rəsmiləri Trampın sülh planını deyil, 30 günlük atəşkəs razılaşmasını müzakirə etmək istədiklərini dedikdən sonra dövlət katibi Marko Rubio Londona səfərini ləğv edib.
“Axios” nəşri bu barədə danışıqlarda iştirak edən adı açıqlanmayan amerikalı rəsmiyə istinadən xəbər verir.
“The New York Time” qəzetinin yazdığına görə, Rubio Vladimir Zelenskinin Ukraynanın Krımı heç vaxt Rusiya kimi tanımayacağını deməsindən sonra görüşdə iştirak etməmək qərarına gəlib.
Bundan sonra görüşün bütün konsepsiyası dağılmağa başlayıb: Rubionun ardınca Fransa, Almaniya və Böyük Britaniya diplomatları tədbirə qatılmaqdan imtina edib.
AFP xəbər verir ki, daha sonra görüşün baş tutacağı, lakin aşağı səviyyəli rəsmilərin iştirak edəcəyi məlum olub. Trampın sülh planı nədir?
Ötən cümə günü ABŞ Ukraynaya Trampın münaqişənin həlli üçün yeddi bəndi ehtiva edən sülh planını təhvil verib.