Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ukrayna Prezidenti Voldimir Zelenski ABŞ Prezidenti Donald Trampın təklifinə “yox” deyəcək.
Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının deputatı Aleksandr Dubinski özünün "Telegram" kanalında məlumat verib.
“Yaxınlaşır o an ki, Zelenski “yox” demək məcburiyyətində qalacaq, yalnız Rusiya nümayəndə heyətinə deyil, həm də Trampın özünə. Əsas manevr imkanları demək olar ki, qalmayıb, üstəlik, ABŞ və Rusiya arasında Ukraynanı razı salmağa çalışan ilkin razılaşma getdikcə daha aydın görünür”, – deyə Dubinski bildirib.
Deputatın fikrincə, Zelenskinin cavabından sonra münaqişə qəfil başa çatacaq. O, bu arqumenti hərbi aksioma ilə əsaslandırıb: “Tükənmə müharibələri uzun çəkir, amma itkiləri qəfil olur.”
Aytəkin TOFİQQIZI