Zelenski Trampın “Tomahawk” raketləri ilə bağlı qərarını gözlədiyini deyib

13.10.2025

Icma.az, Apa.az saytına istinadən bildirir.

Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidenti Donald Trampın “Tomahawk” raketlərinin Ukraynaya göndərilməsinə razılıq verib-verməməsi ilə bağlı sualı cavablandırıb.

APA xəbər verir ki, o, bu barədə “Fox News” telekanalına müsahibəsində danışıb.

Tramp “Tomahawk” raketlərini Ukraynaya göndərməyə hazırdırmı? sualına Zelenski belə cavab verib:

"Mən prezident Trampın qərarını gözləyirəm. Bəli, təbii ki, biz belə qərarlara ümid edirik, amma baxaq görək nə olur."

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью