Zelenski: Trampla bir neçə ideyanı müzakirə etdik

09.07.2026

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ Prezidenti Donald Tramp və onun komandası ilə yaxşı görüş oldu. İnsan həyatlarını daha yaxşı qorumaq üçün Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsinə göstərilən vacib diqqətə görə minnətdaram.

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram”da bildirib.

“Prezident Trampla mövqeyimizi gücləndirə və sülhü yaxınlaşdıra biləcək bir neçə ideyanı müzakirə etdik. Komandalarımızın bu gün müzakirə olunanları tez bir zamanda tədqiq edəcəyini gözləyirəm. Biz, həmçinin diplomatiyadan da danışdıq, elə etməyə çalışırıq ki, o, işləsin. Bunun baş verməsi üçün məhsuldar işləməyə davam edəcəyik”, - deyə Zelenski qeyd edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью