Zelenski Trampla görüşə bilər

07.12.2024

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ukrayna Prezidenti Volodimir Zelenski Parisə səfər etməyi planlaşdırır.

Modern.az AFP-yə istinadən xəbər verir ki, o, Notr-Dam kilsəsinin yenidən açılışında iştirak edəcək.

Zelenski Parisə səfəri zamanı dekabrın 7-də ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla görüşə bilər.

Yanğından sonra 2019-cu ildən yenidən qurulan Notr-Dam kilsəsinin açılışında 50-yə yaxın dövlət və hökumət başçısı iştirak edəcək.

Zelenski və Tramp bundan əvvəl sentyabrın 27-də Nyu-Yorkda görüşüb, Ukrayna prezidenti qələbə planını Trampa təqdim edib.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью