Zelenski Trampla mümkün qədər tez görüş keçirməyə çalışır Doğru Xəbərlər

17.11.2024

Dogru.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Vladimir Zelenski ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla mümkün qədər tez görüş keçirməyə çalışır.

Bu barədə Die Welt yazır.

Nəşr yazır ki, Ukrayna “Trampı Kiyevin tərəfinə çəkmək üçün intensiv yollar axtarır”.

Ukrayna hakimiyyəti Trampın bütün tələbləri ilə razılaşmaq məcburiyyətində qalacaqlarından qorxur və onun sülh planının təfərrüatlarının məlum olmasını da izləyir.

Daha əvvəl Vladimir Zelenski Ukraynanın “Public” nəşrinə müsahibəsində Tramp administrasiyası dövründə Ukraynadakı münaqişənin “daha ​​tez bitəcəyini” bildirib.

DOĞRU.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью