Zelenski Trampla telefonda danışdı

07.11.2024

Icma.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin yeni seçilmiş lideri Donald Trampla telefon danışığı aparıb.

Bakupost.az xəbər verir ki, bu barədə Zelenski “X” hesabında yazıb.

“Prezident Trampla əla söhbət gerçəkləşdi, onu tarixi qələbəsi münasibətilə təbrik etdim - onun inanılmaz kampaniyası bu nəticəni mümkün etdi. Biz sıx dialoqu davam etdirmək və əməkdaşlığımızı inkişaf etdirmək barədə razılığa gəldik, - ukraynalı lider qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью