Zelenski Trampla Ukraynaya “Patriot” raketlərinin verilməsi barədə razılığa gəlib

24.01.2026

Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Davosda keçirilən Ümumdünya İqtisadi Forumunda ABŞ və Ukrayna prezidentləri “Patriot” sistemi üçün raketlərin Ukraynaya verilməsi barədə razılığa gəliblər.

APA “Ukrinform”a istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski bildirib.

“Prezident Trampla danışdım və “Patriot” üçün bizə veriləcək PAC-3 raketinin sayını aldım. Amma bu barədə məlumat verməyəcəm”, - Zelenski deyib.

Zelenski Davosa səfərin həm qlobal məsələlərə, həm də konkret vəzifələrin həllinə yönəldiyini bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью